Prezident Göygöldə açılışlar etdi - Yenilənib

16:34   19 Avqust 2017    Oxunub: 2024
Prezident Göygöldə açılışlar etdi - Yenilənib

Azərbaycan prezidenti İlham Əliyev avqustun 19-da Göygöl rayonuna səfər edib.

AzVision.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Ölkə başçısı Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub. Prezidentə parkda görülən işlər, yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, Qələbə parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub. Parkın rayonun mərkəzində yerləşməsi onun özəlliyini daha da artırır. Parkda istirahətin yüksək səviyyədə təşkili üçün geniş imkan yaradılıb.

Dövlət başçısı parkda Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Eyni zamanda prezident İlham Əliyev Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Ölkə rəhbəri uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Bu gün Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib. Prezident İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.

Prezident İlham Əliyev səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə elektron kənd təsərrüfatı sistemi barədə məlumat verib.

Laboratoriya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.







AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Göygöl    




Rubrikanın digər yazıları