Sumqayıt qatarı niyə hər gün gecikir? - Açıqlama

Sumqayıt qatarı niyə hər gün gecikir? - Açıqlama
  08 Sentyabr 2017    Oxunub:2461
Son günlər Bakı-Sumqayıt istiqamətində hərəkət edən sürət qatarları mənzil başına yarım saata yaxın gecikmə ilə çatır. Sərnişinlər bu haqda onlara məlumat verilməməsi və qatarların həddindən artıq yavaş hərəkət etməsindən şikayətlənirlər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova AzVision.az-a bildirib ki, Bakı-Sumqayıt elektrik qatarlarının gecikməsi Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə əlaqədardır.

“Otuz beş gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilib. Qatarlar yolda olan vaxt 14 dəqiqə artırılıb. Bundan başqa gecikmələr isə qeydə alınmayıb. Təmir işləri ilə bağlı Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilməsi barədə 21 avqust 2017-ci ildə Kütləvi İnformasiya Vasitələrində “ADY” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı və bu istiqamətdə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli yayımlanıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Sumqayıt   Qatar  





Xəbər lenti