Azərbaycan Myanma müsəlmanlarına 100 ton yardım göndərdi

Azərbaycan Myanma müsəlmanlarına 100 ton yardım göndərdi
  08 Sentyabr 2017    Oxunub:8764
Prezident İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında bildirilib.

Humanitar yardım Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

AzVision.az



Teqlər: FHN   XİN   Myanma  





Xəbər lenti