Azərbaycanda qəlyan tamamilə qadağan oluna bilər

  19 Sentyabr 2017    Oxunub : 3815
Azərbaycanda qəlyan tamamilə qadağan oluna bilər

"Azərbaycanda qəlyanın çəkilməsi tamamilə qadağan olunmalıdır"

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Araz Əlizadə deyib.

Deputat bildirib ki, qəlyan Azərbayacana bir neçə ildir gəlib: “Bu, çox ziyanlıdır. Bunun arxasında kimin dayandığını bilmirəm. Düşünürəm ki, yığışdırılmalıdır. Bəzən deyirlər ki, ölkəyə gələn turistlər istəyirlər. İstənilən turist gəldiyi ölkənin qanunlarına uyğun davranmalıdır".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Araz-Əlizadə   Qəlyan