Azərbaycanda 388 nəfər qidadan zəhərlənib

Azərbaycanda 388 nəfər qidadan zəhərlənib
  26 Sentyabr 2017    Oxunub:1829
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 255 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 388 nəfər zərər çəkib.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az-a bildirilib ki, yanvar-avqust ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər ölüb.

Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Avqust ayında əhali arasında 29 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 40 nəfər zərər çəkib. Botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   Zəhərlənmə  





Xəbər lenti