Spiker Avropa Şurasını tənqid etdi: “Elə bil, lotoreya oynayırlar”

Spiker Avropa Şurasını tənqid etdi: “Elə bil, lotoreya oynayırlar”
  20 Oktyabr 2017    Oxunub:2384
“Avropa Şurasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Məncə, bu doğru addım deyil”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
Parlament sədri bildirib ki, Avropa Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var, amma Azərbaycan bütün qərarları yerinə yetirir, cərimələri ödəyir.

“Elə bil, lotoreya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu, baş verərsə, bizim Avropa Şurasından qalıb-qalmayacağımız müzakirə olunacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov  





Xəbər lenti