Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrılıb

Ağdamda yol tikintisinə 5,4 milyon manat ayrılıb
  27 Oktyabr 2017    Oxunub:1259
Prezident İlham Əliyev oktyabrın 27-də “Ağdam rayonunun Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, iyirmi doqquz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti