"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək

"SABAH" xaricdə təhsil sərgisi keçiriləcək
  01 Noyabr 2017    Oxunub:1602
Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçiriləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək. Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.

Sərgi çərçivəsində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarlar təşkil olunacaq.

"SABAH" xaricdə təhsil sərgisində iştirak etmək istəyənlər www.sabahsergisi.eventbrite.com saytından qeydiyyatdan keçə bilərlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: ali-təhsil   SABAH   tələbə  





Xəbər lenti