Siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olundu

Siyasi partiyalara ayrılan vəsaitin artırılması təklif olundu
  13 Noyabr 2017    Oxunub:2035
"Milli Məclisdə təmsil olunan siyasi partiyalara ayrılan vəsait artırılmalıdır".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri bildirib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların məsələsinə baxılmalıdır: “Azərbaycanın əleyhinə işləyən qeyri-hökumət təşkilatlarının büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə   Fuad-Muradov  





Xəbər lenti