Azərbaycan xilasedicilərini İraqa göndərməyə hazırdır

Azərbaycan xilasedicilərini İraqa göndərməyə hazırdır
  13 Noyabr 2017    Oxunub:1787
Azərbaycan İraqda baş verən dəhşətli zəlzələ ilə bağlı bu ölkəyə yardım təklif edib.
Bu barədə AzVision.az-a İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Fadil Avad əl-Şüveyli bildirib.

Əl-Şüveylinin sözlərinə görə, bu gün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə onunla telefon əlaqəsi saxlayıb.

“Pərvin Mirzəzadə İraqdakı dəhşətli zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycanın xilasedicilərini göndərməyə hazır olduğunu bildirib”.

İran rəsmisi qeyd edib ki, Azərbaycan hökumətinin bu məsələdə diqqəti ölkələrimiz arasında əlaqələrin dərinliyini göstərir.

Qeyd edək ki, ötən gün İran-İraq sərhədində 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 350-dən çox adam ölüb, 1600 nəfər isə yaralanıb. İraq ərazisində isə zəlzələ nəticəsində 11 nəfər həyatını itirib, 130 nəfər xəsarət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İraq   Azərbaycan   XİN  





Xəbər lenti