Azərbaycanda seçkilərin tarixi toplusu nəşr ediləcək

Azərbaycanda seçkilərin tarixi toplusu nəşr ediləcək
  15 Noyabr 2017    Oxunub:902
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclası açan MSK sədri Məzahir Pənahov Azərbaycanda seçkilərin tarixi ilə bağlı toplunun nəşr ediləcəyini deyib.

MSK sədrinin müavini Natiq Məmmədov isə Azərbaycanda seçkilərin tarixi toplusunun nəşri barədə danışıb. Toplunun MSK-nın təşkilati işlər üçün büdcədən ayrılan vəsait hesabına nəşri nəzərdə tutulur. N. Məmmədov deyib ki, toplunun MSK-nın saytında yerləşdirilməsi də təklif olunur.

MSK sədri nəşrə hazırlanan Azərbaycanda seçkilərin tarixi toplusunun çapdan öncə rəy verilməsi üçün tarixçilərə də təqdim olunacağını söyləyib. Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

İclas öz işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: MSK  





Xəbər lenti