Komitə: Ölkəmizdə radikal qrupların yaradılmasına cəhdlər edilir

  17 Noyabr 2017    Oxunub : 826
Komitə: Ölkəmizdə radikal qrupların yaradılmasına cəhdlər edilir

“Azərbaycanda dini radikal qrupların yaradılmasına cəhdlər hər zaman olub. Lakin mütəşəkkil formada qrup yoxdur”.

AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmisi bildirib ki, Nardaran hadisələrindən sonra, həmçinin Suriyada döyüşlərə cəlb olunmuş qayıdanları, neytrallaşdırılanları da nəzərə alsaq, bu gün Azərbaycanda belə qrupların olması haqqında məlumat yoxdur:

“Lakin bu bizi arxayinləşdirmir. Əldə olunan məlumat odur ki, belə qrupların yaradılmasına cəhdlər edilir. Suriyada İŞİD-in zəiflədilməsi prosesi gedir. Orada bir qrup azərbaycanlı var ki, onların müxtəlif adlar altında, müxtəlif libasda Azərbaycana qayıtmaq ehtimalı var. Bu, bizim hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir ki, belə insanların Azərbaycana qayıtması və qruplar yaratmasının qarşısı vaxtında alınsın”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Suriya   İŞİD   Komitə