XİN rəhbəri işə qarışdı: “Rza Zərrabın yerini bizə demirlər”

  18 Noyabr 2017    Oxunub : 1146
XİN rəhbəri işə qarışdı: “Rza Zərrabın yerini bizə demirlər”

ABŞ rəsmiləri həbsxanada sui-qəsd edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın yerini Türkiyəyə demir.

AzVision.az-ın verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, iş adamı ilə bağlı rəsmi Ankara Vaşinqtona iki nota verib. Bundan sonra ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyi Türkiyənin bu ölkədəki səfirliyi ilə əlaqə saxlayıb:

“Onlar iş adamı Rza Zərrabın yaxşı və etibarlı yerdə olduğunu deyiblər. Konkret olaraq yerini deməyiblər. Daha əvvəl olduğu yerdə deyil. Başqa bir yerdə olduğu qətidir. Ev həbsində, yoxsa həbsxanada və ya başqa bir yerdəmi, bilmirik. Bizə bu barədə məlumat verməyiblər”.

Qeyd edək ki, həbsxanada Rza Zərraba qarşı sui-qəsd cəhdi edilib. Belə ki, həbsxanada qaradərili şəxs Rza Zərrabı bıçaqla öldürmək istəyib. Hadisədən sonra Zərrab başqa yerə köçürülüb və aparıldığı yer heç kimə deyilmir.



Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

AzVision.az

Teqlər: ABŞ   Türkiyə   Çavuşoğlu