Cocuq Mərcanlıda bu ərazilər minalardan təmizlənir - Fotolar

Cocuq Mərcanlıda bu ərazilər minalardan təmizlənir - Fotolar
  19 Noyabr 2017    Oxunub:2643
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, noyabrın 18-də Cocuq Mərcanlı kəndində gün ərzində 8 500 kv.m (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 21 000 kv.m (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kv.m (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.





AzVision.az


Teqlər: Cocuq-Mərcanlı   ANAMA  





Xəbər lenti