Muqabe postunu tərk etməyə razılaşıb

Muqabe postunu tərk etməyə razılaşıb
  20 Noyabr 2017    Oxunub:1761
Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe postunu tərk etməyə razılıq verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, onun yaxın vaxtlarda bu barədə rəsmi müraciət yayacağı gözlənilir.

Qeyd edək ki, Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. 93 yaşlı prezident Robert Muqabe partiyanın sədri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib.

AzVision.az


Teqlər: Zimbabve  





Xəbər lenti