Telman İsmayılov: “Heç bir cinayətdə əlim olmayıb”

Telman İsmayılov: “Heç bir cinayətdə əlim olmayıb”
  20 Noyabr 2017    Oxunub:3860
Azərbaycan əsilli milyarder, Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov ona qarşı irəli sürülən qətl ittihamlarını rədd edib.

İsmayılov bu barədə “Rusiya 24” telekanalına müsahibəsində bildirib.
“Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimin xoşuna gələr? Sübut edə bilərəm ki, heç bir cinayətdə əlim olmayıb”, -deyə İsmayılov vurğulayıb.

Xatırladaq ki, Rusiyada Moskvanın Basman rayon məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu qətldə təqsirli bilib. İş adamı iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilib. Telman İsmayılov beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkili Marina Rusakova deyib ki, həbslə bağlı məhkəmə qərarı oktyabrın 30-da qəbul edilib və qərarla əlaqədar apelyasiya şikayəti verilib.

AzVision.az


Teqlər: Telman-İsmayılov  





Xəbər lenti