Xəzərdə batan iki balıqçı xilas edilib

Xəzərdə batan iki balıqçı xilas edilib
  20 Noyabr 2017    Oxunub:1514
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi “Pirallahı” sahil nəzarəti məntəqəsinin əməkdaşları əraziyə baxış keçirərkən “PR-1960” bort nömrəli balıqçı qayığının yanalma körpüsündə olmadığı aşkarlanıb.
DSX mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi nəzərə alınaraq, həmin qayıqda dənizə çıxmış balıqçıların xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb, balıqçı qayığının gecə saatlarında Çilov adasının qərb reydində köhnə dirəyə çırpılması müəyyənləşib.

Axtarış-xilasetmə tədbirləri nəticəsində suda olan dirəyin üzərində aşkarlanan və icazəsiz olaraq dənizə çıxmış balıqçılar - Pirallahı rayon sakinləri Qurbanov Arif Umud oğlu və Məlikov Ramiz Tofikoviç xilas edilərək sahilə təxliyə ediliblər.

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən dənizdə yarıbatmış vəziyyətdə olan “PR-1960” bort nömrəli balıqçı qayığı da aşkarlanaraq sahilə çıxarılıb.

AzVision.az


Teqlər: DSX   balıqçı  





Xəbər lenti