Siyavuş Novruzov: “Partiyalara ayrılan vəsaiti artırmaq lazımdır”

Siyavuş Novruzov: “Partiyalara ayrılan vəsaiti artırmaq lazımdır”
  21 Noyabr 2017    Oxunub:1114
“Rəşt-Astara dəmiryolunun işə düşməsi üçün siyasi qərar var. Maliyyə Nazirliyi bu məsələyə diqqət yetirməlidir”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Naxçıvan dəmiryoluna qoşulmaqla blokadadan qismən çıxa bilər: “Bu olan halda gəlirlərimiz də artacaq”.

S.Novruzov qeyd edib ki, rayonlarda özəl bağçaların və məktəblərin açılmasına şərait yaratmaq lazımdır: “Özəl məktəblər, bağçalar demək olar ki, Bakıda və Gəncədədir. Digər regionlarda da belə məktəblər, bağçalar açılmalıdır”.

YAP rəsmisi vurğulayıb ki, 2018-ci ildə seçki keçiriləcək, bunu nəzərə alaraq, siyasi partiyalara ayrılan vəsait digər illərə nisbətən artırmaq lazımdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti