Mariya Şarapovanın başı dərddədir - 10 milyonluq dələduzluq

Mariya Şarapovanın başı dərddədir - 10 milyonluq dələduzluq
  23 Noyabr 2017    Oxunub:3088
Bir vaxtlar dopinq qalmaqalı yaşayan məşhur rusiyalı tennisçi Mariya Şarapovanın adı bu dəfə mənzil fırıldağında hallanır.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Şarapovanın mənzil dələduzluğu ilə məşğul olan tikinti şirkətinə dəstək olduğu bildirilir.
Məlumata görə, idmançı xanım 2013-cü ildə mənzil tikintisi ilə məşğul olan şirkətin kampaniya üzvü olub. Şirkət Şarapovanın adından istifadə edərək müştəriləri aldatmaq yolu ilə 10 milyonlarla dollar gəlir əldə edib.

Fırıldaqla üzləşən müştərilər polisə müraciət ediblər. Hazırda polis faktla bağlı araşdırma aparır. Şarapovanın dələduzluq olayında iştirakının olub-olmadığı müəyyən ediləcək.

Adının dələduzluq işində hallandırılması idmançını ciddi narahat etməyə başlayıb. O, hələlik bununla bağlı açıqlama verməyib.

Araşdırmanın nəticələri barədə vətəndaşlara yaxın günlərdə məlumat veriləcəyi bildirilib.

AzVision.az


Teqlər: Şarapova   Mənzil   Dələduzluq  





Xəbər lenti