Cocuq Mərcanlıda hərbi sursatlar tapılıb

Cocuq Mərcanlıda hərbi sursatlar tapılıb
  25 Noyabr 2017    Oxunub:1509
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 25-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.
ANAMA-dan AzVision.az-a daxil olan məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 19 min 400 kvadratmetr ərazi tam təmizlənib, 9 min 800 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 56 nəfər şəxsi heyət iştirak edir.

Doqquz gün ərzində səkkiz partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki RQ-42 əl qumbarası, 1 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və bir piyada əleyhinə mina (OZM-72) aşkarlanıb. 164 min 700 kvadratmetr ərazi tam təmizlənib, 56 min 600 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 25-dək, ümumilikdə, 7525 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 4 milyon 974 min 92 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti