2018-in dövlət mükafatlarına əsər qəbulu elan edilib

2018-in dövlət mükafatlarına əsər qəbulu elan edilib
  29 Noyabr 2017    Oxunub:1087
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2018-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edib.
Komissiyadan AzVision.az-a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2018-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68 Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-83-29. E-mail: nk@cabm in.gov.az

AzVision.az


Teqlər: Qəbul  





Xəbər lenti