Türkiyədən İrəvana təyyarə reysi açılacaq? - Səfirdən açıqlama

Türkiyədən İrəvana təyyarə reysi açılacaq? - Səfirdən açıqlama
  01 Dekabr 2017    Oxunub:2063
Türkiyədən Ermənistana təyyarə reysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil.
AzVision.az xəbər verir ki, bunu APA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

Səfir bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".

Qeyd edək ki, "Anadolu" agentliyinin ingilis dili bölməsində noyabrın 24-də "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.

AzVision.az


Teqlər: Türkiyə   İrəvan   Səfir  





Xəbər lenti