Qanunsuz kömür hazırlayanlara qarşı növbəti reyd

Qanunsuz kömür hazırlayanlara qarşı növbəti reyd
  01 Dekabr 2017    Oxunub:2284
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 27-29 noyabr tarixlərində reydlər davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, keçirilən reydlər zamanı Bakı şəhəri ərazisində İsmayıllı rayon sakini Elnur Əhmədova məxsus “Ford Transit” markalı 31BE934 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1876 kiloqram olan 670 kisə, Oğuz rayonu Xaçmaz kənd sakini Nair Abdullayevə məxsus “Fort Transit” markalı 90RT158 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1498 kiloqram olan 535 kisə ağac kömürü aparıldığı aşkar edilib.

Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 524,31 manat məbləğində ziyan tətbiq edilib. İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı Qaraməryəm kəndində Bakı şəhər sakini Orxan Sövziyevə məxsus “Ford Transit” markalı 90LA288 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 990 kiloqram olan 480 kisə ağac kömürü aşkar edilib.
Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 142,96 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda Mücühəftəran kənd sakinləri Elşən Rəcəbalıyevə, Xosrof Məlikova, Salman Nəsibova, İsmayıl Əliyevə, Musa Ağazadəyə, Əliağa Məmmədova, Nəsimi Babayevə, Kamil Nəcəfova, Elçin Abdullayevə məxsus həyətyanı sahələrində qanunsuz yolla əldə edilmiş ümumi çəkisi 1374 kiloqram olan 687 kisə ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib və onlara ümumilikdə 429,69 manat məbləğində ziyan tətbiq olunub.

Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı Şamaxı-Muğanlı avtomobil yolunda Qəbələ şəhər sakini Bəhram Məmmədova məxsus “Mersedes” markalı 50NX436 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 1356,39 manat dəyərində 5 m3 həcmində palıddan hazırlanmış yarımfabrikat aşkar edilib və müvafiq sənəd təqdim olunmayıb. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq yarımfabrikat götürülüb və sənədlər Şamaxı rayon Prokurorluğuna göndərilib. Həmçinin sözügedən avtomobil yolunda Ağsu rayonu Kalva kənd sakini Nadir Qulamova məxsus “Niva” markalı 10FA487 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 290 kiloqram olan 58 kisə, Kalva kənd sakini Vüsal Soltanova məxsus “VAZ-2107” markalı 90KB491 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 125 kiloqram olan 50 kisə ağac kömür aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib və onlara ümumilikdə 91,88 manat məbləğində ziyan tətbiq olunub.

Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı rayonun Bayan kənd sakini Qorxmaz Salahova məxsus “MTZ-80” markalı 48T148 dövlət qeydiyyat nişanlı traktorda qanunsuz yolla əldə olunmuş 3.0 m3 həcmində odun apardığı aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 62,16 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda reyd zamanı Mollalı kənd sakini İbrahim Məmmədov tərəfindən ağac kömürü hazırlanması məqsədilə 2 quyunun yaradıldığı və qanunsuz yolla əldə edilmiş 3.4 m3 həcmində meşə materialının yandırıldığı müəyyən olunub. Faktla bağlı akt və protokol tərtib edilib. Təqsirkar şəxsə 370,44 manat məbləğində ziyan və cərimə tətbiq olunub, quyular ləğv edilib.

Ağsu rayonu ərazisində keçirilən reyd zamanı Kalva kənd sakinləri Elnur Mikayılova, Afət Hüseynova, Əmrah Şirinova və Əlibayram Gülmalıyevə məxsus həyətyanı sahələrdə ağac kömürü hazırlanması məqsədilə 4 quyuda qanunsuz yolla əldə edilmiş 12.0 m3 həcmində meşə materialı aşkar olunub. Faktla bağlı akt və protokollar tərtib edilib. Təqsirkar şəxslərə ümumilikdə 1548,64 manat məbləğində ziyan və cərimə tətbiq olunub, quyular ləğv edilib.

Göyçay rayonu ərazisində keçirilən reydlər zamanı İsmayıllı rayonu Göytəpə kənd sakini Yaşasın Mirzəyevə məxsus “VAZ 21061” markalı 24OC470 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 336 kiloqram olan 112 kisə ağac kömürü aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 52,20 manat məbləğində ziyan tətbiq edilib.

Şəki rayonu ərazisində keçirilən reydlər zamanı isə rayonun Baş Şabalıd kənd sakini Fazil Sədiyevə məxsus “QAZ 2410” markalı 55BT436 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 216 kiloqram olan 27 kisə ağac kömürü aşkar olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilərək kömür götürülüb və ona 34,19 manat məbləğində ziyan tətbiq olunub.

Hazırda ölkənin bütün ərazilərində reydlər davam etdirilir.

AzVision.az


Teqlər: ETSN   Kömür  





Xəbər lenti