Prezident onları təltif etdi - SİYAHI

Prezident onları təltif etdi - SİYAHI
  05 Dekabr 2017    Oxunub:1261
Azərbaycan prezidenti İlham Əliyev rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

“Tərəqqi” medalı ilə

Abbasov Ədalət Əsgər oğlu
Abbasov Mikayıl Hümmət oğlu
Camalov İnşad Kamal oğlu
Əhmədov Fuad Süleyman oğlu
Qaffarov Səbuhi Sabir oğlu
Məmmədzadə Mobil Qərib oğlu
Ömərov Həsən Hüseyin oğlu
Rəhmanov Adil Talıb oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mehdiyev Zahid Arif oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Ramazan Mahmud oğlu Ağakişiyevə Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adı verilib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti