Xaricdəki ticarət nümayəndələri dövlət qulluqçusu olacaq

Xaricdəki ticarət nümayəndələri dövlət qulluqçusu olacaq
  07 Dekabr 2017    Oxunub:1302
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndəliklərində çalışan şəxslərə dövlət qulluqçusu statusu verilir.
AzVision.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən dəyişikliklər ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin statusunu müəyyən edəcək. Bu şəxslərin dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun dövlət qulluqçularına aid edilən digər təminatlarla bağlı müddəaları Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə də şamil ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti