“Leyla Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb” - Sahib Alıyev
AzVision.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev bu gün “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın təqdimatında deyib.
S.Alıyev vurğulayıb ki, Leyla Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb: “Leyla Yunus Avopa Oyunları ərəfəsində deyirdi ki, Avropadakı qurumlara demək lazımdır ki, onlar bu məsələni qabartsınlar ki, Ermənistan sülh tərəfdarıdır, Azərbaycan sülh tərəfdarı deyil. Yəni, bu sadəcə bir epizoddur. Bunu edən adamın nələrə gedə bilməsi aydın məsələdir”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Sahib-Alıyev Leyla-Yunus