İlhamə Quliyevanın oğlunun həbsi təsdiqləndi

İlhamə Quliyevanın oğlunun həbsi təsdiqləndi
  09 Dekabr 2017    Oxunub:2762
Daxili İşlər Nazirliyi (DİN) mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs olunması ilə bağlı məlumatları təsdiqləyib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Binəqədi Rayon Polis Şöbəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə axtarışda olan Orxan Əhməd oğlu Nadirov polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Qeyd edilib ki, hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, O.Nadirovun adı 2008-ci ildə mətbuatın gündəminə həbs edilməsi ilə daxil olmuşdu. Ölkəyə gətirilən uyuşdurucu həblərin istifadəsində təqsirləndirilən O.Nadirov 2009-cu ildə 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Orxan-Nadirov  





Xəbər lenti