“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun “Ümumi Yığıncağ”ı keçirilib

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun “Ümumi Yığıncağ”ı keçirilib
  15 Dekabr 2017    Oxunub:1795
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin ilin yekunlarına həsr olunmuş “Ümumi Yığıncağ”ı keçirilib.
“Ümumi Yığıncaq”da cari ildə görülmüş işlərlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi 29 sentyabr 2017-ci il tarixindən etibarən rəsmi dövlət qeydiyyatına alınıb. Qısa müddət ərzində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən bir sıra ölkələrin yüksək ranqlı nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycanın innovativ məhsulları təqdim edilib, əməkdaşlıq istiqamətləri müzakirə olunubdur.

Həmçinin bildirilib ki, Quba “ASAN həyat” Kompleksinin açılışı zamanı “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” Azərbaycan Respublikasının başçısı cənab İlham Əliyevə təqdim olunub, konsorsiumun yaradılma məqsədləri, fəaliyyət istiqamətləri, gələcək hədəfləriylə bağlı məlumat verilib.

Daha sonra 2018-ci il üçün nəzərdə tutulmuş tədbirlər planı, əməkdaşlıqlar, görüləcək işlər, qurulacaq beynəlxalq nümayəndəliklər, hədəf ölkələr və hədəf ölkələrə uyğun ixrac potensialına malik xidmət və məhsullar müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan “ASAN xidmət” təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsi məqsədi daşıyır. Konsorsium İnnovasiyalar sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasının və beynəlxalq bazarda təmsil olunmasının, bununla yanaşı qeyd olunan şirkətlərin innovativ məhsullarının satışını həyata keçirilməsini nəzərdə tutur.

AzVision.az


Teqlər: AZİNNEX  





Xəbər lenti