Prezident bu şəxsləri təltif etdi - SİYAHI

  18 Dekabr 2017    Oxunub : 1382
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Gözəl Tahir Abdolbari oğlu
Qayıbov Fərid Fazil oğlu
Məmmədov Elxan Salhab oğlu.

Bundan başqa prezident Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Axundzadə Ağayar Əbdüləzim oğlu
Babayev Nağı Məcidoviç
Davudov Vaqif Cəlil oğlu
Əhmədov Kamal Məhəmməd oğlu
Əliyev Qərib Tələt oğlu
Hüseynov Firat Alışan oğlu
Meftahəddinova Zemfira Əli qızı

“Əməkdar jurnalist”

Şirəliyev Aslan Bəybala oğlu

“Əməkdar həkim”

İsgəndərov Kamil Vəliyullah oğlu.

Eyni zamanda dövlət başçısı Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam