Fransa Fələstini tanıyacaq - Makrondan İsrailə mesaj

Fransa Fələstini tanıyacaq - Makrondan İsrailə mesaj
  22 Dekabr 2017    Oxunub:2140
Fransa prezidenti Emmanuel Makron Fələstin lideri Mahmud Abbasla görüşüb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər evrir ki, görüşdən sonra Makron Fransanın Fələstinin müstəqilliyini doğru zamanda və təzyiq altında qalmadan tanıyacağını deyib.

O, Fransanın Fələstin-İsrail münaqişəsinin həllində “iki dövlət, iki millət” prinsipinə sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, ötən gün Fransa BMT-nin Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarının əleyhinə səs verib.

AzVision.az


Teqlər: Fransa   Fələstin  





Xəbər lenti