Vasif Talıbov deputatları iclasa çağırdı

Vasif Talıbov deputatları iclasa çağırdı
  27 Dekabr 2017    Oxunub:1526
Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasının çağırılması haqqında qərar verib.
AzVision.az xəbər verir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası 2017-ci il dekabr ayının 30-da saat 1100-da Naxçıvan şəhərində çağırılıb.

Sessiyanın gündəliyinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.

AzVision.az


Teqlər: Naxçıvan   Ali-Məclis  





Xəbər lenti