Abu-Dabinin ən zəngin ərəbləri Azərbaycana gələcək

Abu-Dabinin ən zəngin ərəbləri Azərbaycana gələcək
  27 Dekabr 2017    Oxunub:8455
"Gələn ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıya birbaşa aviareyslər açılacaq"

Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiyasının sədri Nahid Bağırov məlumat verib. O, bildirib ki, “Etihad Airways” şirkəti vasitəsilə BƏƏ-dən Azərbaycana zəngin ərəblər gələcək.
“Bu günə qədər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana birbaşa reys yox idi. Ərəblər əsasən “Qatar Airways” ilə Bakıya gəlirdilər. Qatarla problemlər olduğundan artıq bu şirkətdən istifadə edilmir. Ərəblərin, xüsusilə zəngin ərəblərin bir xüsusiyyəti var ki, onlar hər təyyarə ilə uçmurlar.

“Etihad Airways”in Azərbaycana uçuşu zəngin ərəblərin ölkəmizə səfər etməsi üçün imkan yaradacaq. Bu gün Azərbaycana orta səviyyədə və orta səviyyədən aşağı turistlər gəlir. Biz isə nisbətən zəngin turistlərin Azərbaycana gəlməsində maraqlıyıq. Hesab edirəm ki, Abu-Dabidən Bakıya birbaşa aviareyslər açılandan sonra paytaxtımızda zəngin ərəblərə də rast gəlmək mümkün olacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Abu-Dabi  





Xəbər lenti