Azərbaycan bu il yeni silahlar alacaq

Azərbaycan bu il yeni silahlar alacaq
  10 Yanvar 2018    Oxunub:3048
“Dünya Birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”.

AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının ( Aİ) Şərq Tərəfdaşlığı sammitinin yekun bəyyanəməsində də əksini tapıb. Prezident İ.Əliyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma referendumun beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması da bunu təsdiqləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan dövlət başçısı deyib ki, bu münaqişənin həllində Azərbaycanın mövqeyi ədalətli və beynəlxalq hüquqa əsaslanır.

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti