Səhiyyə Nazirliyinin adından saxta sayt açılıb - Araşdırma aparılır

Səhiyyə Nazirliyinin adından saxta sayt açılıb - Araşdırma aparılır
  12 Yanvar 2018    Oxunub:3315
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından yaradılan və 50 faiz endirimlə arıqlamaq dərmanlarını satan saxta saytla bağlı artıq araşdırmalara başlanılıb.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu işin arxasında kimlərin olması və nə məqsədlə belə etdikləri üzə çıxarılacaq.
“Onların yaydıqları məlumatlar tamamilə əsassızdır və saxta dərman satmaları araşdırılır. Araşdırma bitdikdən sonra saxta saytı açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək və bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Qeyd edək ki, həmin saytda Azərbaycanın səhiyyə naziri Otay Şirəliyevin yerinə nazir kimi Kərim İsmayılov göstərilib. Saytda 2015-ci ildən ölkədə artıq çəkidən əziyyət çəkənlərin 82 faiz artması və sağlamlıqla bağlı problemlərin meydana gəlməsi kimi yalan informasiyalar verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti