Cinayətdə şübhəli bilinən 45 nəfər tutulub

Cinayətdə şübhəli bilinən 45 nəfər tutulub
  26 Yanvar 2018    Oxunub:1408
Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 25-dən 26-dək 123 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti