Bakıda uşaqları xilas edən iki polis zəhərlənib

Bakıda uşaqları xilas edən iki polis zəhərlənib
  03 Fevral 2018    Oxunub:2338
Fevralın 3-də səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.

Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.

Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində azyaşlıları alovun cəngindən xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerlədiriliblər.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti