Amerikalı həmsədr Bakıya gəldi - Gündəm Qarabağdır

Amerikalı həmsədr Bakıya gəldi - Gündəm Qarabağdır
  04 Fevral 2018    Oxunub:2185
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryü Şxofer Azərbaycana səfərə gəlib.

AzVision.az xəbər verir ki, səfərdə məqsəd Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirməkdir.
Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popov isə fevralın 6-da Bakıya gələcək. Onların Azərbaycan prezidenti və XİN rəhbəri ilə görüşləri nəzərdə tutulub.

Bakı səfərindən sonra həmsədrlər İrəvana, daha sonra işğal altında olan Qarabağ bölgəsinə səfər edəcəklər.

AzVision.az


Teqlər: ATƏT   ABŞ   Həmsədr   Bakı   Səfər  





Xəbər lenti