Prezidentdən sərəncam - Əli Əhmədov sədr oldu

Prezidentdən sərəncam - Əli Əhmədov sədr oldu
  05 Fevral 2018    Oxunub:1429
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 448, № 4, maddə 604) 1 ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Əli Əhmədov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

AzVision.az


Teqlər: İlham-Əliyev   Əli-Əhmədov  





Xəbər lenti