Erməni generaldan etiraf: “Orduda insidentlərin sayı artıb”

Erməni generaldan etiraf: “Orduda insidentlərin sayı artıb”
  12 Fevral 2018    Oxunub:3179
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində düşmənin qeyri-qanuni hərbi birləşmələrində insidentlərin sayı kəskin artıb. Vəziyyət o həddə çatıb ki, qondarma qurumun “müdafiə naziri”, general-leytenant Levon Mnaçakanyan “News.am”-a müsahibəsində bunu etiraf etmək məcburiyyətində qalıb.
Mnaçakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib.

Erməni general ciddi cəhdlə qeyri-döyüş şəraitində ölüm hallarının azaldığını söyləməklə real faktları gizlətməyə çalışıb. Ötən il Ermənistan odusunda qeydə alınan ölüm faktları seperatçı generalının dediklərini tamamilə təkzib edir. Hələ 2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan ordusunda 59-dan çox ölüm hadisəsi qeydə alınıb. Noyabrdan sonra da düşmən ordusunda ölüm hallarına bir neçə dəfə rast gəlinib.

“Təbii ki, istənilən rəqəm narahatlıq doğurur, nizamnaməyə uyğun olmayan insidentlərə gəldikdə isə bu istiqamətdə maarifləndirici iş aparılır”, - Mnaçakanyan deyib.

Mnaçakanyan müsahibəsinə Aprel döyüşlərini hələ də unutmadıqlarını gizlətməyib. Bildirib ki, erməni ordusu aprel məğlubiyyətindən dərs çıxarmağa çalışır.

“Təbii ki, hər bir insidentdən sonra diqqətlə analiz aparılır. Bu, 2016-cı ilin aprelindən sonra da baş verdi. Bütün hadisələr və hərəkətlər diqqətlə öyrənildi, analiz edildi, nəticələr çıxarıldı və onların nəticələrinə əsasən işlər aparılır. Lakin biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: Ermənistan   Qarabağ   General  





Xəbər lenti