Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi

Azərbaycanla Rusiya arasında sərhəd müzakirəsi
  22 Fevral 2018    Oxunub:1796
Fevralın 21-22-də Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 5-ci iclası keçirilib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın iclası çərçivəsində Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayının hər iki sahilində ilk demarkasiya sərhəd nişanı quraşdırılıb.

Həmçinin, demarkasiya prosesinin davam etdirilməsi ilə əlaqədar digər məsələlər də müzakirə edilib. Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. Birgə Komissiyanın növbəti iclasının Rusiya Federasiyası ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixləri diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq.

AzVision.az


Teqlər: XİN   Sərhəd   Rusiya  





Xəbər lenti