Prezidentin fərdi təqaüdü 1450 manat oldu

Prezidentin fərdi təqaüdü 1450 manat oldu
  22 Fevral 2018    Oxunub:3325
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 2002-ci il 11 iyun tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 manat müəyyən edilib.

Qeyd edək ki, bu vaxtadək fərdi təqaüdün məbləği 1300 manat olub.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təqaüd  





Xəbər lenti