Saakaşvilinin xanımı Bakıya gəldi - FOTOLAR
Sandra Elizabet Rulofs MFM sədri Şəhriyar Məcidzadəyə, tərcüməyə görə Cavid Əliyevə, təşkilatçılıq işlərinə görə Pünhani Əsgərli, Mələk Hacıyevaya və Azərbaycan oxucusuna təşəkkür edərək, bildirib ki, kitabda Gürcüstan haqqında da, Gürcüstan və Hollandiya arasında yeni mədəniyyətə inteqrasiya haqqında da məlumat var: "Kitabda həmçinin Gürcüstanın tarixi haqında önəmli məqamlar var və bu tarixi dövr ərzində mənim həyat yoldaşımın parlamentdə fəaliyyəti, ədliyyə naziri, şəhər şurasının sədri, "Qızılgül İnqilabı"nın ilk üç rəhbərindən biri olaraq fəaliyyəti və prezident olduğu dövrdən bəhs olunur. Onun siyasi fəaliyyətinin təsviri ilə yanaşı mən Gürcüstan cəmiyyətinə inteqrasiyamı, oğullarımı necə böyütdüyümü təsvir etmişəm.
Həmçinin kitabda bizim Azərbaycan Respublikasının prezidenti və xanımıyla münasibətimizə də toxunulub. Əliyev ailəsi ilə bizim çox isti münasibətimiz olub. Onlar bizi enerji böhranında, Rusiya işğalında müdafiə etmişdilər. Gürcüstan və Azərbaycan dinləri fərqli olsa da, qardaşlıq şəraitində yaşayan ölkələrdir".
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az
Teqlər: Saakaşvili Kitab