Turistlərə veriləcək kartların qiyməti açıqlandı

Turistlərə veriləcək kartların qiyməti açıqlandı
  27 Fevral 2018    Oxunub:1274
Bakıda turistlər üçün ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə endirimli girişdən istifadə etmək imkanı verən kartların məbləği açıqlanıb.
AzVision.az-ın məlumatına görə, bu kartlar üç növ olacaq. Belə ki, 24 saat (35 manat), 72 saat (60 manat), bir həftə (90 manat).

Qeyd edək ki, "Baku Card" Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

“Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.

AzVision.az


Teqlər: Bakı   Turist   Nəqliyyat  





Xəbər lenti