Cocuq Mərcanlıda 25 ildən sonra ilk seçki keçiriləcək
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində 73 saylı seçki məntəqəsi yaradılıb.
Qeyd edək ki, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatdığı üçün daha 100 ailənin kəndə köçürülməsi gözlənilir. Əgər həmin kənd sakinləri seçkilərə qədər köçürüləcəksə, seçicilərin sayı da artacaq. (AzərTAc)
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı MSK Seçki