Müdafiə Nazirliyi aylıq hesabat verdi
Tədbirlər əsasən Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Qusar, Qazax, Şəmkir və Gəncədə keçirilib.
Gənclər Günü, hərbi hissələrin yaradılmasının ildönümləri, Xocalı şəhidlərinin anım mərasimləri, eləcə də digər tədbirlərlə əlaqədar cəbhəboyu zonada yerləşən hərbi hissələr, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrində şəxsi heyətlə keçirilən görüşlərdə deputatlar, yerli ictimaiyyətin nümayəndələri, veteranlar, tələbələr yaxından iştirak ediblər.
Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə fevralda Müdafiə Nazirliyi tərəfindən 92 rəsmi məlumat, 60 foto və 8 videomaterial hazırlanıb, eləcə də media nümayəndələrinin 5 sualı cavablandırılıb.
Yerli televiziya kanallarına cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlər aparılması üçün 2 icazə məktubu verilib. Bundan əlavə, “TRT World” televiziya kanalının nümayəndələri də Müdafiə Nazirliyində akkreditə olunaraq cəbhə xəttində yerləşən bölmələrdə çəkilişlər aparıblar.
Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən müxtəlif bölgələrdə təşkil olunan 6 tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.
AzVision.az
Teqlər: Müdafiə-Nazirliyi