İsmayıllıda 140-a yaxın uzunömürlü insan yaşayır

İsmayıllıda 140-a yaxın uzunömürlü insan yaşayır
  05 Mart 2018    Oxunub:3247
Hazırda İsmayıllı rayonunda uzunömürlü insanların müəyyənləşdirilməsi istiqamətində tədqiqat işləri aparılır.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının əməkdaşı Sevinc Hüseynova deyib. Onun sözlərinə görə, İsmayıllıda 100 yaşına çatmış insan yoxdur, ən yaşlı insanın 97 yaşı var.

"Bunu biz xüsusi üsullarla yoxlayırıq. İsmayıllıda 140-a yaxın uzunömürlü insanın (yaşı 90-dan yuxarı) siyahısını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan almışıq. Onların içərisində 25 nəfəri verifikasiya etmişik. Bu insanların arasında 100 yaşına çatan şəxs yoxdur. Ən yaşlı sakin 97 yaşındadır".

S.Hüseynovanın sözlərinə görə, İsmayıllının 5 kəndində tədqiqat işləri aparılıb: "Bu proses digər kəndlərdə də aparılacaq. Daha sonra Naxçıvanda uzunömürlü insanın müəyyənləşdirilməsi işlərinə başlanılacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: İsmayıllı   AMEA  





Xəbər lenti