“Bakcell” ADA-nın 6-cı Karyera Sərgisində iştirak edib
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti Azərbaycan iqtisadiyyatının ən prioritet istiqamətləri sırasında gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verməkdədir. ADA-nın təşkil etdiyi 6-cı Karyera Sərgisində universitetin tələbə və məzunlarına Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin, gənclər Bakcell şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də yerli gənc istedadlara təhsil və karyera qurmaqda dəstək göstərmək və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə töhfə verməkdir.
AzVision.az