İmişlidə “ASAN Həyat” kompleksi tikiləcək - 19,9 milyon ayrıldı

İmişlidə “ASAN Həyat” kompleksi tikiləcək - 19,9 milyon ayrıldı
  06 Mart 2018    Oxunub:5782
Azərbaycan prezidenti İlham Əliyev İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, İmişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.2-ci yarımbəndində göstərilmiş məbləğin 19,9 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   ASAN-Həyat   Kompleks   Sərəncam  





Xəbər lenti