Çingiz Əsgərov: "Söhbət İlqar Məmmədovun azad edilməsindən getmir"

  07 Mart 2018    Oxunub : 1626
Çingiz Əsgərov: "Söhbət İlqar Məmmədovun azad edilməsindən getmir"
"Avropa Məhkəməsinin qərarı 16 fevral 2018-ci ildə qüvvəyə minə bilərdi. Həm İlqar Məmmədov, həm də hökumət işin Avropa Məhkəməsinin Böyük Palatasında baxılması üçün ərizə verib"
AzVision.az xəbər verir ki, bunu Haqqın.az-a İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

O, bildirib ki, ərizəyə beş hakimdən ibarət komitə tərəfindən baxılır. "Ərizə rədd olunacağı təqdirdə 16 noyabr 2017-ci ildə verilən qərar qüvvəyə minəcək. İlqar Məmmədovun nümayəndəsi vaxtından əvvəl bəyanat verib. Çünki hələlik tərəflər komitə tərəfindən ərizəyə baxılmasının nəticələrinə dair rəsmi xəbərdarlıq almayıb” - Çingiz Əsgərov həbsdə olan ReAL hərəkatının sədri İlqar Məmmədov barədə Avropa Məhkəməsinin qərarını şərh edərkən bildirib.

Səlahiyyətli nümayəndənin sözlərinə görə, Avropa Məhkəməsinin qərarında ərizəçinin azad edilməsi barədə heç nə deyilmir: "Yalnız qərar qüvvəyə mindikdən sonra ölkə qanunvericiliyində nəzərdə tutulan tədbirlər görüləcək".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: