Milli Şuranın mitinqinə icazə verildi

  07 Mart 2018    Oxunub : 570
Milli Şuranın mitinqinə icazə verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.
BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib ki, BŞİH aksiyanın martın 10-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura martın 10-da keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. (APA)

AzVision.az

Teqlər: Milli-Şura   Mitinq   Müxalifət